
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır.
Apasport.az xəbər verir ki, yarışın səkkizinci günündə 72 kq çəki dərəcəsində çıxış edən 26 yaşlı Ülvi Qənizadə finalda fransalı İbrahim Qanemi ilə üz-üzə gəlib.
Güləşçimiz rəqibini 4:2 hesabı ilə məğlub edərək yunan-Roma güləşi üzrə növbəti dəfə dünya çempionu olub.
Xatırladaq ki, ötən il Tiranada keçirilən dünya çempionatının finalında da güləşçimiz Qanemini üstələmişdi.
Qeyd edək ki, Ülvi Qənizadə 2022-ci ildə Belqradda keçirilən dünya çempionatının finalında türkiyəli Əli Arsalana uduzaraq gümüş medal qazanmışdı. O, həm də 2023-cü ilin Avropa çempionudur.