Skopyedə keçirilən U-17 Avropa çempionatında yunan-Roma güləşçilərinin çıxışna yekun vurulub.
Apasport.az xəbər verir ki, Azərbaycan yığması komanda hesabında 3-cü yeri tutub.
Yunan-Roma güləşçilərimiz Avropa çempionatını 5 medalla başa vurublar. Millimiz aktivinə 2 qızıl, 1 gümüş və 2 bürünc medal yazdırıb. Abdurrahman Hüseynli (45 kq) və Rihad İbrahimli (110 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Əli Nəzərov (60 kq) gümüş, Qurban Məcnunov (48 kq) və Nicat Yeylaqaliyev (80 kq) isə bürüncə sahib olublar. Bu nəticələrlə Azərbaycan yığması 116 xalla komanda hesabında 3-cü pillədə qərarlaşıb. İlk iki pillədə Ermənistan (135 xal) və Gürcüstan (122 xal) yer alıb.
Qeyd edək ki, yunan-Roma güləş yığmamız 2021-ci, 2022-ci və 2024-cü illərdə Avropa çempionu olub, 2023-cü ildə isə ikinci yeri tutmuşdu.
- Millinin baş məşqçisi Vyetnamda təlim keçib
- Azərbaycanın güləş yığmaları hazırlıqları müxtəlif bölgələrdə davam etdirirlər
- Azərbaycan Güləş Federasiyasında tibbi məsələlərlə bağlı iclas keçirilib
- Azərbaycan Güləş Federasiyasının Texniki və Hakimlər Komitəsinə yeni üzvlər seçilib
- Azərbaycanın çimərlik güləşçiləri Dünya Seriyasının II mərhələsində iki medal qazanıblar