Həndbol üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Həndbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Kişilər arasında yarışda çempionluq uğrunda mübarizəni davam etdirən “Bakı” klubu XVIII turda iddialı “Azəryol”u qəbul edəcək. Komandalar aprelin 27-də, saat 14:00-da “AHF Arena”da üz-üzə gələcəklər.
Lider “Kür” isə Qarabağ”la münasibətləri aydınlaşdıracaq. Aprelin 28-də “Kür” Olimpiya İdman-Tədris Mərkəzində keçiriləcək matç saat 12:00-da başlayacaq.
Qadın həndbolçular arasında ölkə çempionatında isə XV turun görüşləri baş tutacaq. Yarışın favioritləri sayılan “Azəryol” və “Qarabağ” aprelin 27-də, saat 12:00-da münasibətləri aydınlaşdıracaqlar. Bu qarşılaşma “AHF Arena”da baş tutacaq.
- “Azəryol” belaruslu baş məşqçi ilə yeni müqavilə bağlayıb
- İsgəndər Əsgərov Bolqarıstan - Türkiyə matçına təyinat alıb
- Həndbol üzrə Azərbaycan çempionatlarında III turun oyunları keçirilib
- Azərbaycanın Əməkdar məşqçisi vəfat edib
- Həndbol üzrə Azərbaycan çempionatlarında 2025/2026 mövsümünə start verilib