AFFA Hakimlər Departamentinin yeni rəhbəri müəyyənləşib
15.07.2024 - 23:06
AFFA Hakimlər Departamentinə yeni sədr təyin olunacaq.
Apasport.az xəbər verir ki, bu post keçmiş FIFA referisi Ömər Paşayevə həvalə olunacaq. Təyinat yaxın günlərdə rəsmiləşəcək.
Ömər Paşayev Barış Şimsəyin rəhbərliyi dövründə AFFA Hakimlər Komitəsinin üzvü olub. O, komitənin Talantlar Qrupunun rəhbəri kimi çalışıb.
Qeyd edək ki, Hakimlər Departamentinin əvvəlki sədri Cavid Cəlilov olub. Bir müddət öncə onun işinə xitam verilib.
- Millilərimizin matçları, Argentina-İslandiya bu kanallarda - TV AFİŞA
- Nesta Messini seçmədi – “Ən güclü Ronaldo idi”
- “Ən biabırçı hərəkətlərimdən biri idi” - Etiraf - VİDEO
- İdman komplekslərində ciddi nöqsanlar: 15 milyon manat!
- 8-ci Etnospor Forumu: Qlobal sülh çağırışı və “Ethnosports 2027” vizyonu ön plana çıxıb
0
0