Azərbaycan karateçiləri Parisə yollanıblar
15.10.2025 - 14:46
Karate üzrə milli komandamızın üzvləri 17-19 oktyabr tarixlərində Fransanın paytaxtı Parisdə keçiriləcək seçim yarışlarında iştirak etmək üçün yola düşüblər.
Apasport.az xəbər verir ki, yarışlar dünya çempionatına lisenziya qazanmaq məqsədilə təşkil olunur.
Milli komandamıza Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov və baş məşqçi Şahin Atamov rəhbərlik edəcəklər.
Qeyd edək ki, seçim mərhələsində uğurla çıxış edən idmançılar 27-30 noyabr tarixlərində Misirin paytaxtı Qahirədə keçiriləcək dünya çempionatında iştirak hüququ qazanacaqlar.
- Karate1 Premyer Liqa: İrina Zaretskadan qızıl medal
- Azərbaycanın kyokuşin karate yığması Avropa çempionatında mübarizə aparacaq
- Azərbaycanın şito-ryu karate yığması Avropa çempionatında 8 medal qazanıb
- Parakarate Komitəsinin sədri WSF-nin vitse-prezidenti seçildi
- Karateçilərimiz Frankfurtdan Vətənə dönüblər
0
0