Cahangir Babayev Avropa Karate Federasiyasının Hakimlər Komitəsinə üzv seçilib
13.05.2025 - 21:25

Azərbaycan Karate Federasiyasının Hakimlər Komitəsinin sədri, dünya səviyyəli beynəlxalq dərəcəli hakim Cahangir Babayev Avropa Karate Federasiyasının Hakimlər Komitəsinə üzv seçilib.
Apasport.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Avropa Karate Federasiyasının Hakimlər Komitəsində 7 üzv təmsil olunur. Cahangir Babayev onlardan biri kimi ölkəmizi layiqincə təmsil edəcək.
- 21 yaşadək karateçilərdən ibarət millimizdə yeni təyinat
- Azərbaycan idmançıları Tokioda dünya çempionatında iştirak edəcək
- Müstəqillik Gününə həsr olunmuş karate seminarı keçirilib
- Şəhidlərin xatirəsinə həsr olunmuş karate üzrə reytinq turniri keçirilib
- Karateçilərimiz Gürcüstanda 14 medal qazanıb - FOTO
0
0