Karate1 Premyer Liqa: İrina Zaretskadan qızıl medal
14.06.2026 - 23:00
Karate1 Premyer Liqa: İrina Zaretskadan qızıl medal

Rabatda keçirilən Karate1 Premyer Liqasında İrina Zaretska qızıl medal qazanıb. 

Apasport.az xəbər verir ki, Mərakeşin paytaxtı Rabat şəhərində keçirilən Karate1 Premyer Liqasında milli komandamızın üzvü İrina Zaretska qadınların -68 kiloqram çəki dərəcəsində qızıl medala layiq görülüb.

Beynəlxalq turnirdə karateçimiz final görüşünü inamlı qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Azərbaycan milli komandası yarışda millinin böyük məşqçisi Rəşad Hüseynovun rəhbərliyi altında çıxış edir.