Mingəçevirdə "Olimpiya Ümidləri" beynəlxalq karate turniri təşkil olunub.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Karate Federasiyası və Avropa Karate Federasiyasının təqvim planına uyğun olaraq "Kür" Olimpiya İdman Tədris Mərkəzində baş tutub.
Turnirdə Azərbaycan, Türkiyə və Küveytdən ümumilikdə 300 idmançı uşaqlar, yeniyetmələr və gənclər arasında mübarizə aparıb. Komanda hesabında Azərbaycan birinci, Türkiyə ikinci, Küveyt isə üçüncü olub.
Qalib və mükafatçılar federasiya tərəfindən xüsusi hazırlanmış medal və diplomlarla təltif olunublar.
Qeyd edək ki, yarışı beynəlxalq dərəcəli hakimlərlə yanaşı, respublika dərəcəli hakimlər də idarə ediblər. Ümumilikdə turnirdə 23 hakim fəaliyyət göstərib.
- Karate1 Premyer Liqa: İrina Zaretskadan qızıl medal
- Azərbaycanın kyokuşin karate yığması Avropa çempionatında mübarizə aparacaq
- Azərbaycanın şito-ryu karate yığması Avropa çempionatında 8 medal qazanıb
- Parakarate Komitəsinin sədri WSF-nin vitse-prezidenti seçildi
- Karateçilərimiz Frankfurtdan Vətənə dönüblər