A Seriyası: “İnter” səfərdə, “Milan” evdə qələbə qazandı
03.11.2025 - 01:45
A Seriyası: “İnter” səfərdə, “Milan” evdə qələbə qazandı

İtaliya A Seriyasında X turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında "İnter" səfərdə "Verona" ilə üz-üzə gəlib.

Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun mərkəzi qarşılaşmasında isə "Milan" öz meydanında "Roma"nı sınağa çəkib. Qarşılaşmanın taleyini cəmi bir qol həll edib. Oyun ev sahiblərinin minimalhesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

İtaliya A Seriyası
X tur
15:30. "Verona" - "İnter" - 1:2
18:00. "Torino" - "Piza" - 2:2
18:00. "Fiorentina" - "Leççe" - 0:1
21:00. "Parma" - "Bolonya" - 1:3
23:45. "Milan" - "Roma" - 1:0