A Seriyası: VI tura yekun vurulub
13.10.2026 - 00:42
A Seriyası: VI tura yekun vurulub

İtaliya A Seriyasında VI tura yekun vurulub.

Apasport.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

"Atalanta" öz meydanında "Venezia"nı sınağa çəkib. 4 qolun vurulduğu matçda sevinən tərəf ev sahibləri olub. Görüş Berqamo təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün son matçı Torinoda baş tutub. Şəhərin eyniadlı komandası doğma azarkeşləri önündə "Udineze"ni sınağa çəkib. Meydan sahibləri rəqibini 2:1 hesabı ilə məğlub etməyi bacarıb.