A Seriyası: “İnter”dən darmadağın
07.12.2025 - 00:47
A Seriyası: “İnter”dən darmadağın

İtaliya A Seriyasında XIV tura start verilib.

Apasport.az xəbər verir ki, günün ilk matçında “Sassuolo” öz meydanında bu mövsüm uğursuz çıxış edən “Fiorentina”nı qəbul edib.

Dörd qolun vurulduğu qarşılaşmada meydan sahibləri rəqibini 3:1 hesabı ilə məğlub edib.

“İnter” isə evdə mövsümün sürpriz komandası “Komo”nu meydana çıxmağa peşman edib. Milan təmsilçisi rəqibini 4 cavabsız qolla darmadağın edib – 4:0.