A Seriyası: “Milan” qalib gəldi, liderliyə yüksəldi
28.12.2025 - 17:29
A Seriyası: “Milan” qalib gəldi, liderliyə yüksəldi

A Seriyasında XVII turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında "Milan" öz meydanında autsayder "Verona" ilə üz-üzə gəlib.

Azarkeşlər qarşılaşmada 3 qola şahidlik ediblər. Ev sahibləri rəqibini Kristofer Nkunku (2) və Kristian Pulisiçin vurduğu qollarla məğlub etməyi bacarıb - 3:0.

Bu qələbə ilə “Milan” xallarını 35-ə çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. “Verona” isə 12 xalla 18-ci sırada qərarlaşıb.