A Seriyası: “Napoli” xal itirdi
07.01.2026 - 23:30
İtaliya A Seriyasında XIX turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, günün ilk matçında “Bolonya” öz meydanında “Atalanta”nı qəbul edib.
Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Son çempion “Napoli” isə evdə autsayder “Verona” ilə qarşılaşıb. Gərgin keçən oyunun ilk hissəsi qonaqların 2:0 hesablı üstünlüyü ilə başa çatıb. Fasilədən sonra hücumlarını artıran neapollular ardıcıl iki qol vuraraq hesabda tarazlıq yaradıblar. Matç 2:2 hesablı heç-heçə ilə nəticələnib.
0
0