A Seriyası: “Sassuolo” səfərdən 3 xalla qayıdır
30.10.2025 - 23:26
A Seriyası: “Sassuolo” səfərdən 3 xalla qayıdır

İtaliya A Seriyasında IX turun görüşləri davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında "Kalyari" öz meydanında "Sassuolo" ilə üz-üzə gəlib.

Gərgin keçən matçda azarkeşlər 3 qola şahidlik ediblər. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticə ilə xallarının sayını 13-ə yüksəldən "Sassuolo" turnir cədvəlində 10-cu sıraya yüksəlib. "Kalyari" isə 9 xalla 14-cü pillədə qərarlaşıb.