“Arsenal” “Tottenhem”i “topa tutdu”
22.02.2026 - 22:48
İngiltərə Premyer Liqasında XXVII tur davam edir.
Apasport.az xəbər verir ki, gün London derbisi ilə yadda qalıb.
"Tottenhem" "Arsenal"ı qəbul edib. Matçda qapılara 5 qol vurulub. Hesabı Ebereçi Eze açıb. 2 dəqiqə sonra Rendal Kolo Muani oyuna tarazlıq gətirib.
İkinci yarı tamamilə fərqli ssenaridə keçib. "Topçular" Viktor Gyökereşin dublu və Ezenin növbəti qolu ilə inamlı qələbə qazanıb - 4:1.
Qeyd edək ki, aktivində 61 xal olan "Arsenal" "Mançester Siti"ni 5 xal qabaqlayır. "Şəhərlilər"in hesabında daha 1 oyun var.
0
0