Bundesliqa: “Bavariya”dan darmadağın
21.12.2025 - 22:27
Almaniya Bundesliqasında XV tura yekun vurulub.
Apasport.az xəbər verir ki, son gün iki qarşılaşma baş tutub.
Lider "Bavariya" səfərdə "Haydenhaym"la üz-üzə gəlib. Bavyera təmsilçisi rəqibini 4 cavabsız qolla məğlub edib - 4:0.
"Maynts" isə "Sent Pauli" ilə qolsuz heç-heçəyə razı olub - 0:0.
0
0