Eren Elmalı “Qalatasaray”ın TARİXİNƏ DÜŞDÜ
25.08.2025 - 01:17
Eren Elmalı “Qalatasaray”ın TARİXİNƏ DÜŞDÜ

“Qalatasaray”ın futbolçusu Eren Elmalı klubun tarixinə adını yazdırıb.

Apasport.az xəbər verir ki, o, Türkiyə Super Liqasında “Kayserispor”a qarşı keçirilən oyunda “sarı-qırmızılılar”ın ilk qolunun müəllifi olub.

25 yaşlı müdafiəçi bununla da İstanbul təmsilçisinin daxili çempionatdakı 4000-ci qolunu vurub.

Qeyd edək ki, “Qalatasaray” səfərdə “Kayserispor”u 4:0 hesabı ilə məğlub edib.