La Liqa: “Barsa” 3 xalı 5 qolla qazandı
06.12.2025 - 23:34
La Liqa: “Barsa” 3 xalı 5 qolla qazandı

İspaniya La Liqasında XV turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında "Vilyareal" öz meydanında "Xetafe" ilə üz-üzə gəlib.

Ev sahibləri rəqibini 2:0 hesabı ilə məğlub etməyi bacarıb.

"Barselona" isə səfərdə "Real Betis"i sınağa çəkib. 8 qolun vurulduğu matçda kataloniyalılar rəqibini 5:3 hesabı ilə darmadağın edib.

İspaniya La Liqası
XV tur
17:00. "Vilyareal" - "Xetafe" - 2:0
19:15. "Alaves" - "Real Sosyedad" - 1:0
21:30. “Real Betis” - “Barselona” - 3:5