La Liqa: “Barsa” turu məğlub başa vurdu
19.01.2026 - 02:07
İspaniya La Liqasında XX turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, günün ilk matçında "Valensiya" səfərdə "Xetafe" ilə üz-üzə gəlib.
Görüş qonaqların minimalhesablı qələbəsi ilə yekunlaşıb - 1:0.
Lider "Barselona" isə "Real Sosyedad"la qarşılaşıb. Gərgin keçən oyunda azarkeşlər 3 qola şahidlik ediblər. Kataloniyalılar rəqibinə 1:2 hesabı ilə uduzub.
İspaniya La Liqası
XX tur
17:00. "Xetafe" - "Valensiya" - 0:1
19:15. "Atletiko" - "Alaveş" - 1:0
21:30. "Selta" - "Rayo Valyekano" - 3:0
00:00. "Real Sosyedad" - "Barselona" - 2:1
0
0