Milan derbisində sevinən tərəf “rossonyerilər” oldu
24.11.2025 - 01:46
Milan derbisində sevinən tərəf “rossonyerilər” oldu

İtaliya A Seriyasında XII turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, “Roma” səfərdə “Kremoneze” ilə qarşılaşıb.

Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun mərkəzi matçı isə Milanda baş tutub. Şəhərin iki təmsilçisi – “İnter” və “Milan” üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmanın taleyini yalnız 1 qol həll edib. Kristian Pulisiçin 54-cü dəqiqədə vurduğu qolla “rossonyerilər” rəqibini minimal hesabla məğlub etməyi bacarıb - 1:0.