“Qarabağ”ın rəqibi öz meydanında məğlub oldu
08.02.2026 - 01:23
“Qarabağ”ın rəqibi öz meydanında məğlub oldu

İngiltərə Premyer Liqasında XXV turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün son matçında "Brentford" öz meydanında "Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Nyukasl"ı sınağa çəkib.

5 qolun vurulduğu görüşdə sevinən tərəf qonaqlar olub. Oyun "Brentford"un 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Qarabağ"ın "Nyukasl"a qarşı ilk görüşü fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cavab matçı isə fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.