Premyer Liqa: “Nyukasl” - “Liverpul” matçında sülh
24.08.2026 - 00:49
İngiltərə Premyer Liqasında I turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, üçüncü oyun günündə 3 qarşılaşma baş tutub.
"Mançester Siti" öz meydanında "Bornmut"u sınağa çəkib. Görüş "şəhərlilər"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Brayton" azarkeşləri önündə "Aston Villa"nı sınağa çəkib. Unay Emerinin komandası rəqibinə 0:4 hesabı ilə uduzub.
Günün mərkəzi matçında isə "Liverpul" səfərdə "Nyukasl"la üz-üzə gəlib. 4 qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.
0
0