Super Liqa: “Eyüpspor” “Kayserispor”la bacarmadı
06.12.2025 - 17:50
Super Liqa: “Eyüpspor” “Kayserispor”la bacarmadı

Türkiyə Super Liqasında XV turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün ilk qarşılaşmasında “Eyüpspor” öz meydanında “Kayserispor”u qəbul edib.

Gərgin mübarizə şəraitində keçən oyunda qalib müəyyənləşməyib və görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, hər iki komandanın aktivində 13 xal var və hazırda çempionatın müvafiq olaraq 15-ci və 16-cı pillələrində qərarlaşıblar.