Super Liqa: “Qalatasaray”dan darmadağın
25.08.2025 - 00:27

Türkiyə Super Liqasında III turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, günün ilk matçında "Trabzonspor" öz meydanında "Antalyaspor"u qəbul edib.
Oyun ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Son çempion “Qalatasaray” isə səfərdə “Kayserispor”la üz-üzə gəlib. Azarkeşlər oyunda dörd qola şahidlik edib. “Sarı-qırmızılılar” rəqibini 4 cavabsız qolla darmadağın edib - 4:0.
Türkiyə Super Liqası
III tur
20:00. Trabzonspor - Antalyaspor 1:0
22:30. Kayserispor - Qalatasaray 0:4
0
0