Super Liqa: “Trabzonspor” 3 xalı 4 qolla qazandı
25.11.2025 - 00:22
Türkiyə Super Liqasında XIII tura yekun vurulub.
Apasport.az xəbər verir ki, turun son günündə iki görüş keçirilib.
“Konyaspor” öz meydanında “Antalyaspor”u qəbul edib. Qarşılaşma qolsuz – 0:0 hesabı ilə başa çatıb.
“Trabzonspor” isə səfərdə “Başakşəhər”lə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən oyunda azarkeşlər ümumilikdə 7 qola şahid olublar. Matç Qara dəniz təmsilçisinin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.
0
0