Türklər oynadı, "Yuventus" "Roma" ilə heç-heçə etdi
07.04.2025 - 00:41
Türklər oynadı, "Yuventus" "Roma" ilə heç-heçə etdi

İtaliya A Seriyasında XXXI turun görüşləri davam edir.

Apasport.az xəbər verir ki, günün son matçında "Yuventus" səfərdə "Roma" ilə üz-üzə gəlib.

"Qoca sinyora" qarşılaşmada kritik xal itkisi ilə üzləşib. Gərgin keçən oyunda qalib müəyyənləşməyib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qarşılaşmada həmçinin Türkiyə millisinin iki üzvü Mert Zeki Çelik və Kenan Yıldız iştirak ediblər.

İtaliya A Seriyası
XXXI tur

22:45. “Roma” - “Yuventus” - 1:1