Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ
10.11.2026 - 22:54
Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ

“Aston Villa” Viktor Lindelöfün müqaviləsinin müddətini uzadıb.

Apasport.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

İsveç millisinin üzvü ilə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözəlşmə imzalanıb.

Qeyd edək ki, Viktor Lindelöf 2025-ci ilin yayında "Mançester Yunayted"dən ayrıldıqdan sonra "Aston Villa"ya keçib. 32 yaşlı mərkəz müdafiəçisi cari mövsümdə Birmingem təmsilçisinin heyətində 15 rəsmi matçda meydana çıxıb.