Yarımfinal cütləri bəlli oldu
06.04.2026 - 09:52
Yarımfinal cütləri bəlli oldu

İngiltərə FA Kubokunun 1/2 final mərhələsinin püşkü atılıb.

Apasport.az xəbər verir ki, bunu İngiltərə Futbol Assosiasiyasının mətbuat xidməti açıqlayıb.

“Çelsi” “Lids”ə rəqib olub. “Mançester Siti” isə “Sauthempton”la qarşılaşacaq.

Turnirin bu mərhələsinin oyunları aprelin 25-i və 26-da “Uembli” stadionunda keçiriləcək.