“Yunayted” autsayderlə bacarmadı
05.12.2025 - 01:52
“Yunayted” autsayderlə bacarmadı

İngiltərə Premyer Liqasında XIV tura yekun vurulub.

Apasport.az xəbər verir ki, turun son günündə bir qarşılaşma baş tutub.

“Mançester Yunayted” öz meydanında autsayder “Vest Hem”i qəbul edib.

Gərgin keçən matçda qalib müəyyənləşməyib və oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, “qırmızı şeytanlar” hazırda 22 xalla 8-ci, “Vest Hem” isə 12 xalla 18-ci pillədə qərarlaşıb.