“Yunayted” - “Bornmut” matçında 8 qol
16.12.2025 - 02:01
“Yunayted” - “Bornmut” matçında 8 qol

İngiltərə Premyer Liqasında XVI tura yekun vurulub.

Apasport.az xəbər verir ki, son gün bir matç baş tutub.

"Mançester Yunayted" öz meydanında "Bornmut"u sınağa çəkib.

Gərgin keçən qarşılaşmada azarkeşlər 8 qola şahidlik ediblər. Görüşdə qalib müəyyənləşməyib və matç 4:4 hesablı heç-heçə ilə başa çatıb.