Azərbaycan Şahmat Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, Milli Xalça Muzeyində təşkil olunan iclasda qonaq qismində Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadiy Dvorkoviç, FIDE rəsmisi, ikiqat dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının qalibi Çju Çen, Türkiyə Şahmat Federasiyasının prezidenti Fethi Apaydın da iştirak edib.
İcraiyyə Komitəsinin iclasında çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov qonaqlara “Baku Open 2025”in açılış mərasiminə qatıldıqları üçün təşəkkür edib. M.Məmmədov rəhbərlik etdiyi qurumun FIDE və Türkiyə Şahmat Federasiyasıyla əməkdaşlığının genişləndirilməsi istiqamətində mühüm işlər aparılacağını bildirib. Bu il ilk dəfə reallaşdırılan “Azərbaycan Şahmat Turu”na aid regionlardakı yarışlarda da yüksək təşkilatçılığının vacibliyi qeyd olunub.
AŞF prezidenti ikiqat dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının qalibi Çju Çenə xatirə hədiyyəsi təqdim edib.
İcraiyyə Komitəsində AŞF-nin hesabat-seçki konfransıyla bağlı müzakirələr aparılıb.
- Mahir Məmmədov: “Vüqar Həşimov Memorialı dünya şahmatına böyük töhfədir”
- Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub
- Aydın Süleymanlı: "Məqsədim Xankəndində qaliblər sırasında yer almaqdır"
- Şahmat üzrə Azərbaycan çempionatına start verilib
- XI Vüqar Həşimov Memorialının iştirakçıları bəlli olub