
“Araz-Naxçıvan”ın avrokuboklarda ilk qolunun müəllifi olan Felipe Santos daha bir uğura imza atıb.
Apasport.az saytının məlumatına görə, o, 3 fərqli Azərbaycan klubu ilə Avropada fərqlənən 4-cü futbolçu olub.
Bunadək həmin göstəricini Georgi Adamiya, Rauf Əliyev və Rəşad Sadiqov bacarmışdı. Hər iki forvard eyni uğura “Neftçi”, “Qarabağ” və “İnter”in heyətində nail olub. Sadiqov isə “Neftçi”, “Qarabağ” və “Zirə”nin formasında qol sevinci yaşayıb.
Santos həmin siyahıya “Keşlə”, “Qəbələ” və “Araz-Naxçıvan”da fərqlənən futbolçu kimi düşüb.
Onun komanda yoldaşı Patrik Andrade isə iki fərqli klubda qol hesabını açıb. Kabo-Verdeli yarımmüdafiəçi “Qarabağ”dan sonra Naxçıvan təmsilçisinin də heyətində fərqlənməyi bacarıb. O, anoloji uğura iki fərqli klubda imza atan 29-cu futbolçu adına yiyələnib.