Bosniya millisində tarixi qol - Alaybeqoviç rekord qırdı
25.06.2026 - 01:41
Bosniya və Herseqovina millisinin futbolçusu Kerim Alaybeqoviç tarixə düşüb.
Apasport.az xəbər verir ki, gənc oyunçu DÇ-2026-da Qətərlə matçda fərqlənərək ölkəsinin dünya çempionatları tarixində ən gənc qol müəllifi olub.
Alaybeqoviç bu rekorda 18 yaş 276 günlüyündə imza atıb.
Qeyd edək ki, buna qədər Bosniya və Herseqovinada bu rekord Edin Cekoya məxsus idi. Təcrübəli hücumçu ölkəsinin iştirak etdiyi ilk turnir olan 2014-cü il mundialında Nigeriyaya vurduğu qolla bu ada sahib çıxmışdı.
0
0