Braziliya millisinin yarımmüdafiəçisi Bruno Gimarayeş DÇ-2026-nın 1/8 finalında Norveçə qarşı keçirilən oyunda penaltidən yararlana bilməyib.
Apasport.az xəbər verir ki, bununla da o, 1986-cı ildən bəri (penaltilər seriyası istisna olmaqla) dünya çempionatında penalti qaçıran ilk braziliyalı futbolçu olub.
Braziliya millisində dünya çempionatlarının əsas vaxtında sonuncu uğursuz penalti 1986-cı ildə qeydə alınıb.
Həmin vaxt Ziko Fransa ilə 1/4 final matçında 11 metrlik zərbəni qola çevirə bilməyib.
Qeyd edək ki, Braziliya Fransaya həmin görüşdə penaltilər seriyasında məğlub olaraq turnirlə vidalaşıb.