İsveçrə - Bosniya və Herseqovina: 74-dən sonra 5 qol
19.06.2026 - 03:22
İsveçrə - Bosniya və Herseqovina oyunu Dünya çempionatları tarixinə düşüb.
Apasport.az xəbər verir ki, qarşılaşma 74-cü dəqiqədən sonra 5 qolun vurulduğu ilk Dünya çempionatı matçı olub.
Bundan əvvəl Dünya çempionatlarında 74-cü dəqiqədən sonra ən çox qol vurulan oyunlardan biri DÇ-2022-dəki Portuqaliya – Qana matçı olub. Həmin görüşdə son 15 dəqiqəlik period 4 qolla yadda qalıb.
Qeyd edək ki, İsveçrə Bosniya və Herseqovinaya 4:1 hesabı ilə qalib gəlib.
0
0