Stolüstü tennis üzrə Liqa turniri başa çatıb
11.06.2026 - 20:27
Stolüstü tennis üzrə Liqa turniri başa çatıb

Azərbaycan Stolüstü Tennis Federasiyasının Veteranlar Şurasının dəstəyi ilə keçirilən “Həvəskar və veteran Liqası”nın V - yubiley turnirinə yekun vurulub.

Həlledici qarşılaşmalarda “VITTA-Supernova”nı 5:1 hesabı ilə məğlub edən “Xəzər-Şüa” komandası baş mükafata layiq görülüb.

“Zəfər” komandası isə “Aquasport” üzərində 5:2 hesablı qələbə ilə bürünc medallara sahib çıxıb.

Fərqlənən iştirakçılar yarış təşkilatçıları tərəfindən mükafatlandırılıblar.