4 parataekvondoçumuz beynəlxalq turnirdə
11.07.2025 - 10:34
Azərbaycanı Cənubi Koreyada keçiriləcək Çxunçxon açıq Çağırış turnirində 4 parataekvondoçu təmsil edəcək.
Apasport.az xəbər verir ki, turnirin K-44 kateqoriyasında Sabir Zeynalov (58 kq), Amin Şıxalıyev (63 kq), İmaməddin Xəlilov (70 kq) və Orxan Cəfərov (80 kq) mübarizə aparacaq.
Yarış 2028-ci ildə ABŞ-nin Los Anceles şəhərində təşkil olunacaq Yay Paralimpiya Oyunlarına reytinq xarakteri daşıyır.
Qeyd edək ki, parataekvondoçularımız iyulun 11-də start götürəcək turnirdə baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında iştirak edəcəklər.
- Millimizin baş məşqçisi: “Bu nəticə Azərbaycan taekvondosu üçün böyük uğurdur”
- Taekvondoçumuz dünya üçüncüsü olub
- Dünya reytinq cədvəli açıqlandı - PARATAEKVONDOÇUMUZ ZİRVƏDƏ
- Hikmət Səmədov Dünya Taekvondo Federasiyasının Baş Assambleyasında iştirak edib - FOTO
- Azərbaycanın 9 taekvondoçusu dünya çempionatında çıxış edəcək
0
0