İsveçrənin Eql şəhərində taekvondo üzrə gənclər arasında keçirilən Avropa birinciliyinin üçüncü günündə millimiz daha iki medal qazanıb.
Apasport.az xəbər verir ki, 78 kq çəki dərəcəsində çıxış edən Elcan Əliyev bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.
Digər təmsilçimiz Vasif Səlimov (68 kq) isə yarışları gümüş medalla başa vurub.
Bununla da taekvondoçularımızın qitə birinciliyində qazandığı ümumi medal sayı 5-ə yüksəlib (2 qızıl, 1 gümüş, 2 bürünc).
Azərbaycan komandası ümumi hesabda oğlanlar arasında birinci yeri tutaraq kuboka layiq görülüb.
Yarışda çempion olan İlyas Hətəmli (48 kq) turnirin ən yaxşı idmançısı, beynəlxalq dərəcəli referimiz Aygül Abdullayeva isə ən yaxşı qadın hakimi seçilib.
- Gürcüstanda Azərbaycan uğuru: Taekvondoçularımızdan 4 medal
- Taekvondo üzrə yeniyetmələr arasında ölkə birinciliyi keçiriləcək
- Azərbaycanı taekvondo üzrə gənclər arasında dünya birinciliyində 15 idmançı təmsil edəcək
- Taekvondo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək
- Parataekvondoçularımızdan beynəlxalq turnirdə daha bir bürünc medal