Keçmiş UFC çempionu hücuma məruz qalıb - NURMAQOMEDOV TƏRƏFİNDƏN
11.11.2026 - 20:57
Keçmiş UFC çempionu hücuma məruz qalıb - NURMAQOMEDOV TƏRƏFİNDƏN

Keçmiş UFC çempionu Merab Dvalişvili Usman Nurmaqomedov və dostları tərəfindən hücuma məruz qalıb.

Apasport.az xəbər verir ki, gürcüstanlı döyüşçü sosial şəbəkə hesabında üzünün qan içində olduğu görüntüləri paylaşıb.

Dvalişvilinin sözlərinə görə, hadisə otelin foyesində RAF üçün müsahibə verdiyi zaman baş verib. O, Usman Nurmaqomedov və dostlarının arxadan yaxınlaşaraq həm ona, həm də yaxınına zərbələr endirdiyini bildirib.

Döyüşçü əlavə edib ki, mühafizəçilər onu tutaraq saxlayıblar. Dvalişvilinin iddiasına görə, yerə yıxıldıqdan sonra da ona təpiklə zərbələr endirilib.

Qeyd edək ki, gürcüstanlı idmançı noyabrın 14-də Əbu-Dabidə keçiriləcək RAF turnirində Marlon Moraeslə qarşılaşacaq.