Azərbaycan taekvondoçularının 2024-cü il ərzində beynəlxalq yarışlarda qazandığı medalların sayı açıqlanıb.
Apasport.az xəbər verir ki, idmançılar yarışlarda 27-si qızıl, 25-i gümüş və 52-si bürünc olmaqla, ümumilikdə 104 medal qazanıblar.
Ötən il parataekvondo üzrə keçirilən mötəbər yarışlarda isə 4-ü qızıl, 3-ü gümüş, 4-ü bürünc olmaqla, ümumilikdə 11 medal qazanılıb.
İlin ən böyük uğurlarından biri Qaşım Maqomedovun (58 kq) Paris-2024 Yay Olimpiya Oyunlarında qazandığı gümüş medal olub. Parataekvondo üzrə təmsilçilərimiz İmaməddin Xəlilov (70 kq, K44) və Sabir Zeynalov (58 kq, K44) ölkəmizə Paralimpiya Oyunlarının bu növ üzrə ilk medallarını qazandırıblar.
Avropa və dünya çempionu, Tokio-2020 Yay Paralimpiya Oyunlarının iştirakçısı İmaməddin Xəlilov Paris-2024 Yay Paralimpiya Oyunlarında tarixi uğur əldə edərək, parataekvondo üzrə ilk qızıl medala sahib çıxıb. Sabir Zeynalov (58 kq) isə Paris-2024-də fəxri kürsünün üçüncü pilləsində yer alıb.
- Taekvondoçumuz tarixi uğura imza atıb
- Taekvondoçularımız “Türkiye Open”də iştirak edəcək
- Taekvondoçularımız beynəlxalq turnirdə 6 medal qazanıblar - FOTO
- İki parataekvondoçumuza “Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adı verilib
- Taekvondoçularımız "Moldova Open"də 7 medal qazanıblar