Azərbaycanın taekvondo klubu Avropa çempionatında ikinci olub
14.04.2025 - 14:56
Azərbaycanın “Altay” taekvondo klubu Estoniyanın paytaxtı Tallində keçirilən klublararası Avropa çempionatında ikinci olub.
Apasport.az xəbər verir ki, yarışda ölkəmizi "Atlet" və "Mübariz" kollektivləri də təmsil ediblər.
Fateh Sultanlı (40 kq), Cahid İsmayılzadə (52 kq) və Fərid Məlikli (24 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Fərhad Məlikli (24 kq) gümüş, Əkbər Tağıyev (27 kq) və Əjdər Qalabəyov (36 kq) isə bürünc medal qazanıblar.
“Altay” komanda hesabında iki qızıl medalla 2-ci yeri tutub.
- Taekvondoçumuz tarixi uğura imza atıb
- Taekvondoçularımız “Türkiye Open”də iştirak edəcək
- Taekvondoçularımız beynəlxalq turnirdə 6 medal qazanıblar - FOTO
- İki parataekvondoçumuza “Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adı verilib
- Taekvondoçularımız "Moldova Open"də 7 medal qazanıblar
0
0