Azərbaycanlı taekvondoçu: “Hədəfim olimpiya oyunlarında yüksək nəticə göstərməkdir"
30.09.2025 - 14:49
"Dünən yarışlarda gümüş medal qazandım. Qismət belə imiş. İnşallah gələcəkdə daha yaxşı hazırlaşıb beynəlxalq yarışlarda ölkəmizə qızıl medal gətirməyi planlaşdırıram".
Apasport.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində III MDB Oyunlarının Mingəçevir “Kür” Olimpiya Mərkəzində təşkil olunan taekvondo yarışlarında gümüş medal qazanan Elcan Əliyev deyib.
İdmançımız bu yarışın onun üçün böyük təcrübə qazandırdığını qeyd edib: "Komanda olaraq yarışlara yaxşı hazırlaşmışdıq. Bu yarış mənim üçün böyük təcrübə oldu. Hədəfim olimpiya oyunlarında yüksək nəticə göstərməkdir".
- Gürcüstanda Azərbaycan uğuru: Taekvondoçularımızdan 4 medal
- Taekvondo üzrə yeniyetmələr arasında ölkə birinciliyi keçiriləcək
- Azərbaycanı taekvondo üzrə gənclər arasında dünya birinciliyində 15 idmançı təmsil edəcək
- Taekvondo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək
- Parataekvondoçularımızdan beynəlxalq turnirdə daha bir bürünc medal
0
0