
“Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyi döyüşlə yanaşı, pumse növünə də xüsusi diqqət ayırır. Bildiyiniz kimi, 2023-cü ildən ölkəmizdə bu növün hərtərəfli və məqsədyönlü inkişafına başlanılıb”.
Bu sözləri Apasport.az saytına açıqlamasında Azərbaycan Taekvondo Federasiyasının baş katibi Aygül Abdullayeva deyib.
O, taekvondonun pumse növünün gələcəkdə Olimpiya Oyunlarının proqramına daxil edilə biləcəyini də vurğulayıb:
“Bu yarışın keçirilməsində əsas məqsəd ölkəmizdə pumsenin inkişafını və populyarlığını artırmaqdır. Həmçinin qeyd etmək istəyirəm ki, pumse üzrə yığma komandamız aprel ayında keçirilən gimnaziada və idman oyunlarında fərdi və üçlük proqramında çıxış edərək 3 qızıl medal qazanıb. Bu, pumse üzrə taekvondo tariximizdə ilk böyük nailiyyətdir. Bundan əlavə, yaxın gələcəkdə pumsenin Olimpiya Oyunlarının proqramına daxil edilməsi gözlənilir”.