İmaməddin Xəlilov dünyanın ən yaxşı kişi parataekvondoçusu seçilib
04.12.2024 - 18:56
Azərbaycan paralimpiya çempionu İmaməddin Xəlilov Dünya Taekvondosu tərəfindən 2024-cü ilin ən yaxşı kişi parataekvondoçusu adına layiq görülüb.
Apasport.az xəbər verir ki, o, il ərzində iştirak etdiyi bütün turnirlərdə qızıl medal qazanıb.
Xəlilov paralimpiya, dünya və Avropa çempionu titullarına yiyələnib. K44 kateqoriyasında çıxış edən paralimpiyaçı, həmçinin 70 kq-da dünya reytinqinin lideridir.
Ona mükafat Honkonqda keçirilən Qala gecəsində təqdim olunub.
Qeyd edək ki, Xəlilov bu ada Dünya Taekvondosunun Texniki Komissiyasının yekdil rəyi əsasında layiq görülüb.
- Azərbaycanın 3 parataekvondoçusu xüsusi dəvətlə Cənubi Koreyada beynəlxalq toplanışa qatılıb
- Paralimpiya çempionumuz Şəhidlərimizin övladlarına ustad dərsi keçib
- Taekvondoçumuzdan qızıl medal
- Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 7 medal qazanıblar
- Azərbaycanın taekvondo milliləri Astanada iki beynəlxalq yarışda mübarizə aparacaqlar
0
0