Millimiz təlim-məşq toplanışı keçirəcək
01.09.2025 - 18:13
Kişi parataekvondoçulardan ibarət milli komandamız sentyabrın 18-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.
Apasport.az xəbər verir ki, təlim-məşq toplanışında milli komandanın üzvləri – Sabir Zeynalov (58 kq), Ayxan Nuruyev (58 kq), Amin Şıxalıyev (63 kq), Amin Əliyev (63 kq), İmaməddin Xəlilov (70 kq), İmran Bağırov (70 kq) və Orxan Cəfərov (80 kq) iştirak edirlər.
Azərbaycan Taekvondo Federasiyasının məşq zalında keçirilən hazırlıq prosesinə baş məşqçi Fərid Tağızadə və məşqçi Yaşar Səfərov rəhbərlik edirlər.
- Taekvondoçumuz tarixi uğura imza atıb
- Taekvondoçularımız “Türkiye Open”də iştirak edəcək
- Taekvondoçularımız beynəlxalq turnirdə 6 medal qazanıblar - FOTO
- İki parataekvondoçumuza “Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adı verilib
- Taekvondoçularımız "Moldova Open"də 7 medal qazanıblar
0
0