Parataekvondoçumuz Parisdə bürünc medal qazanıb
29.08.2024 - 22:15
Parisdə keçirilən Paralimpiya Oyunları davam edir.
Apasport.az xəbər verir ki, parataekvondoçumuz Sabir Zeynalov (K-44 -58 kq) Paris-2024 Yay Paralimpiya Oyunlarının bürünc mükafatını əldə edib.
Təmsilçimiz Tailandlı rəqibi Thanva Kaenkham üzərində 12:4 hesablı inamlı qələbə qazanıb.
Qeyd edək ki, 19 yaşlı idmançımız ilk medalı komandamızın aktivinə yazdırıb.
- Azərbaycanın 3 parataekvondoçusu xüsusi dəvətlə Cənubi Koreyada beynəlxalq toplanışa qatılıb
- Paralimpiya çempionumuz Şəhidlərimizin övladlarına ustad dərsi keçib
- Taekvondoçumuzdan qızıl medal
- Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 7 medal qazanıblar
- Azərbaycanın taekvondo milliləri Astanada iki beynəlxalq yarışda mübarizə aparacaqlar
0
0