Referilərimiz “Turkish Open”ə təyinat alıblar
08.02.2025 - 00:33
Azərbaycanın taekvondo üzrə beynəlxalq dərəcəli hakimləri Türkiyənin Antalya şəhərində keçiriləcək “Turkish Open”ə ədaləti qoruyacaqlar.
Apasport.az xəbər verir ki, referilərimiz Aygül Abdullayeva və Ramal Camalov parataekvondoçuların mübarizəsində iş başında olacaqlar.
Onlar, həmçinin kyorugi (döyüş) və pumsedə funksiyalarını yerinə yetirəcəklər.
Gündüz Abdullayev parataekvondo və kyorugi, Etibar İbrahimov isə pumse üzrə yarışlarda ədaləti qoruyacaqlar.
Qeyd edək ki, turnir fevralın 8-16-da keçiriləcək.
- Azərbaycanın 3 parataekvondoçusu xüsusi dəvətlə Cənubi Koreyada beynəlxalq toplanışa qatılıb
- Paralimpiya çempionumuz Şəhidlərimizin övladlarına ustad dərsi keçib
- Taekvondoçumuzdan qızıl medal
- Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 7 medal qazanıblar
- Azərbaycanın taekvondo milliləri Astanada iki beynəlxalq yarışda mübarizə aparacaqlar
0
0