Taekvondo millimiz Bakıda təlim-məşq toplanışına başlayıb
14.01.2025 - 16:28
Azərbaycanın böyüklərdən ibarət taekvondo millisi Bakıda ilin ilk təlim-məşq toplanışına başlayıb.
Apasport.az xəbər verir ki, bu barədə Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Byüklərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev, komandanın böyük məşqçisi Elnur Amanov və məşqçi Günay Zeynalovanın rəhbərliyi altında keçirilən məşqlərdə əsas diqqət ümumi fiziki hazırlığa yönəlib.
12 günlük fiziki hazırlıq prosesinin yekununda yığmanın beynəlxalq səviyyəli yarışlarda iştirak edəcək heyəti müəyyənləşəcək.
- Gürcüstanda Azərbaycan uğuru: Taekvondoçularımızdan 4 medal
- Taekvondo üzrə yeniyetmələr arasında ölkə birinciliyi keçiriləcək
- Azərbaycanı taekvondo üzrə gənclər arasında dünya birinciliyində 15 idmançı təmsil edəcək
- Taekvondo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək
- Parataekvondoçularımızdan beynəlxalq turnirdə daha bir bürünc medal
0
0