Taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək
05.12.2024 - 20:38
Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Klubunda taekvondo üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti açıqlayıb.
Yarışda paytaxt və bölgələri təmsil edən müxtəlif klub, cəmiyyət və idman təşkilatından taekvondoçular medallar uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, yarış dekabrın 24-dən 30-dək davam edəcək.
- Taekvondoçumuz tarixi uğura imza atıb
- Taekvondoçularımız “Türkiye Open”də iştirak edəcək
- Taekvondoçularımız beynəlxalq turnirdə 6 medal qazanıblar - FOTO
- İki parataekvondoçumuza “Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adı verilib
- Taekvondoçularımız "Moldova Open"də 7 medal qazanıblar
1
0