Taekvondo üzrə ölkə çempionatı keçiriləcək
01.04.2025 - 15:29
2-3 aprel tarixlərində taekvondo üzrə 16-21 yaşlılar arasında ölkə çempionatı keçiriləcək.
Apasport.az xəbər verir ki, turnirdə 165 taekvondoçu mübarizə aparacaq.
Kişilərin yarışında 107 idmançı dayanq üzərinə çıxacaq.
Qadınların mübarizəsində isə 58 iştirakçı qüvvəsini sınayacaq.
Qeyd edək ki, turnir Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Klubunda baş tutacaq.
- Azərbaycanın 3 parataekvondoçusu xüsusi dəvətlə Cənubi Koreyada beynəlxalq toplanışa qatılıb
- Paralimpiya çempionumuz Şəhidlərimizin övladlarına ustad dərsi keçib
- Taekvondoçumuzdan qızıl medal
- Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 7 medal qazanıblar
- Azərbaycanın taekvondo milliləri Astanada iki beynəlxalq yarışda mübarizə aparacaqlar
2
0